AMB "Türk Yaşıl Maliyyə Şurası"nın 2-ci toplantısında təmsil olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təşəbbüsü ilə yaradılmış "Türk Yaşıl Maliyyə Şurası"nın (Şura) Qazaxıstanın paytaxtı Astanada keçirilən ikinci toplantısında iştirak edib.
"Report" AMB-yə istinadən xəbər verir ki, baş direktor Azərbaycanda yaşıl maliyyənin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verərək regional əməkdaşlığın bu sahədə zəruri infrastrukturun və potensialın gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Toplantıda TDT ölkələrində yaşıl və dayanıqlı maliyyələşmənin inkişafı, təbiətyönümlü həllərin və regional əməkdaşlığın təşviqi üzrə növbəti addımlar və təkliflər müzakirə olunub.
Tədbirin yekununda Şuraın ikinci toplantısının nəticələri üzrə Şuranın fəaliyyət istiqamətlərinin genişləndirilməsini əks etdirən Kommünike imzalanıb.
AMB 2024-cü ildə Şuraya üzv olub. Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, habelə ekoloji, sosial və idarəetmə (ESİ) faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətləri göstərməkdir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













