Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, görüşəd ikitərəfli əlaqələrin prioritet istiqaməti kimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Bu kontekstdə tərəflər Ermənistanın ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə ardıcıl addımlarını xüsusi qeyd ediblər. Paşinyan bildirib ki, "Şimal-Cənub" strateji nəqliyyat dəhlizinin bir hissəsi olacaq Bərgüşad tunelinin çəkilişi üzrə tikinti işləri əsas mərhələyə qədəm qoyub. Bununla əlaqədar tikinti işlərinin tezliklə başlanmasının vacibliyi vurğulanıb.
Makron, öz növbəsində, strateji əməkdaşlıq haqqında ikitərəfli bəyannaməyə uyğun olaraq bütün istiqamətlərdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
Paşinyan Fransa ilə kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Həmçinin regional proseslərə də toxunulub. Sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl olaraq yerinə yetirilməsinin vacibliyinə diqqət çəkilib.
Oxşar xəbərlər
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













