KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır
Far.Az xəbər saytı

KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır


ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmilərinin açıqlamalarında məlumat verilib.

ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun dövlət katibi Marko Rubi­oya göndərdiyi memorandumda Dövlət Departamentinin əməkdaşları üçün təhlükə barədə xəbərdarlıq edilib.

Amerika qurumlarının qiymətləndirməsinə görə, fevralda müharibə başlayandan bəri Yaxın Şərqdə və bir sıra digər ölkələrdə ABŞ vətəndaşları üçün təhlükə ən yüksək səviyyəyə çatıb. ABŞ Prezidenti Donald Tramp və onun yaxın köməkçiləri artan risklər barədə mütəmadi məlumatlandırılırlar.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bəzi kəşfiyyat məlumatları İranın ABŞ ərazisində əməliyyatçıları ola biləcəyini göstərir. Avropadakı obyektlər də İranın mümkün hədəfləri sırasında göstərilir.

Rəsmilərin bildirdiyinə görə, mövcud təhlükələr fonunda ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında fəaliyyəti zəruri olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək barədə göstəriş verib. Yaxın Şərqdəki digər Amerika diplomatik nümayəndəliklərində də əməkdaşların sayı azaldılır.

Məlumata görə, Tehran ABŞ və İsrailin yeni hücumları baş verəcəyi təqdirdə Fars körfəzində sualtı kommunikasiya kabellərinə zərbələr endirmək planları da hazırlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər