Çindən Azərbaycana turist axını 5 % artıb
2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanla Çin arasında turizm sahəsində qarşılıqlı əlaqələr plana uyğun və sistemli şəkildə möhkəmləndirilir.
"Ötən il tərəfdaşlığımızın yeni istiqamətlərinin həyata keçirilməsinə başladıq. 2026-cı il Azərbaycanda Çin Turizm İli elan edilib, may ayında isə Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılışı olub. Pekin ofisimiz Çin bazarının Azərbaycanla daha ətraflı tanış olmasına və ölkəmizin müxtəlif turizm imkanlarının Çin auditoriyası arasında təşviqinə əhəmiyyətli töhfə verib. Təkcə bu ilin avqust ayında Çindən gələn turistlərin sayında 5 % artım qeydə alınıb", - T.Süleymanzadə qeyd edib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













