Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı
Far.Az xəbər saytı

Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı


Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin - 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, mərhum Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndindəndir. O, Tovuzda kirayədə qalırmış. N.Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanıb və göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər