Almaniya səfiri Sumqayıt Sənaye Parkında olub
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüş keçirilib.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Görüşdə sənaye zonalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında investorlar üçün yaradılmış şərait, tətbiq olunan vergi və gömrük güzəştləri, habelə infrastruktur təminatı barədə məlumat verilib. Almaniya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, almaniyalı iş adamları Sumqayıt Sənaye Parkında yaradılmış imkanlardan yararlanmağa dəvət ediliblər.
D.Lölke Sumqayıt Sənaye Parkının rezidenti "ASSAN-STP PANEL" MMC-nin müxtəlif təyinatlı sendviç panellərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













