Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"
Far.Az xəbər saytı

Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"


"Sabah" mübarizə aparmaq üçün çətin komandadır.

"Report" xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la I tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşma barədə danışıb:

"Bu, bir qədər şablon səslənə bilər. Əlbəttə, bizim üçün əsas məqsədlərdən biri oyunu qazanmaq idi. Qarşılaşmada çoxlu müsbət məqamlar oldu. Xüsusilə hücumdakı bəzi kombinasiyalarımız və hərəkətlərimiz çox yaxşı alındı. Oynadığımız futbolun bir sıra epizodları həqiqətən də yüksək səviyyədə idi. Keçidlər zamanı rəqib üçün ciddi təhlükə yaradırdıq və ümumilikdə qarşılaşmanın böyük hissəsində müdafiədə də yaxşı çıxış etdik".

O, "Sabah"ın yaxşı rəqib olduğunu vurğulayıb:

"Rəqibə də böyük hörmət göstərmək lazımdır. "Sabah" mübarizə aparmaq üçün çətin komandadır. Onlar qısa ötürmələrlə bir-birləri ilə yaxşı əlaqə quraraq oynayırlar və topu geri qazanmaq üçün rəqibi daim yüksək tempdə işləməyə məcbur edirlər. Əslində, hesab baxımından oyunun rahat keçdiyi təəssüratı yarana bilər. Lakin qarşılaşma heç də bütünlüklə rahat alınmadı. Buna baxmayaraq, düşünürəm ki, bu axşam çox yaxşı mübarizə apardıq və nəticədə layiqli qələbə qazandıq".

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər