"Reuters": 100-dən çox limanın işçiləri silah tədarükünə qarşı çıxacaqlar
Far.Az xəbər saytı

"Reuters": 100-dən çox limanın işçiləri silah tədarükünə qarşı çıxacaqlar


Müharibəyə və limanlardan silah ixracı üçün istifadə edilməsinə etiraz olaraq cümə günü 22 ölkədə liman işçiləri tətil keçirəcəklər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu aksiya Aralıq dənizində yükdaşımalarının 40 %-dən çoxunu poza və 2 milyard dollardan artıq dəyəri olan yükdaşımaları bloklaya bilər.

İlkin olaraq İtaliya, Fransa, Yunanıstan, İspaniya, Türkiyə və Mərakeşdə liman işçilərinin həmkarlar ittifaqları tərəfindən təşkil olunan tətili hazırda 113 limanda 25-dən çox həmkarlar ittifaqı dəstəkləyir.

Etirazların Hamburq, Valensiya, Havr, Alxesiras, Pirey, Genuya, eləcə də Mərakeşin Tanjer-Med və Hindistanın Nava-Şeva limanları daxil olmaqla, Avropanın və digər regionların iri dəniz nəqliyyatı qovşaqlarına qarşı yönələcəyi gözlənilir. Təşkilatçılar bildiriblər ki, Avropadan əlavə, Hindistanda onadək limanın işi pozula bilər və Hindistan Su Nəqliyyatı İşçiləri Federasiyası da bu aksiyanı dəstəkləyir.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər