Pərviz Şahbazov: "İlin sonunadək Kəlbəcər və Laçında 4 KSES istismara veriləcək"
Far.Az xəbər saytı

Pərviz Şahbazov: "İlin sonunadək Kəlbəcər və Laçında 4 KSES istismara veriləcək"


Hazırda Kəlbəcər və Laçında inşa olunan 4 kiçik su elektrik stansiyasının bu ilin sonunadək istismara verilməsi planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Kəlbəcərdə 240 meqavat gücündə külək elektrik stansiyası layihəsi üzrə ölçmə və qiymətləndirmə işləri aparılır: "Eyni zamanda, türkiyəli investorlarla Naxçıvanda 1000 meqavat gücündə günəş elektrik stansiyaları üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Binalarda enerji səmərəliliyi üzrə bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu nəzərə alaraq türkiyəli investorlar bu sahədə də fəal əməkdaşlığa dəvət edirik".

Nazir əlavə edib ki, Azərbaycan bütün strateji proseslərdə olduğu kimi, "təmiz enerji" gələcəyinə gedən yolda da Türkiyəni ən yaxın və etibarlı müttəfiqi hesab edir: "Enerji keçidi isə artıq rəqəmsallaşma və süni intellektlə ayrılmaz şəkildə bağlıdır. Gələcəkdə rəqabət üstünlüyü yalnız daha çox enerji istehsal edənlərdə deyil, enerji datalarını səmərəli idarə edən və süni intellekt vasitəsilə dəyərə çevrilən ölkələrdə olacaq. Bu baxımdan strateji enerji tərəfdaşlığımızın süni intellekt və rəqəmsal transformasiya sahələrini də əhatə etməsi artıq zamanın tələbidir".

P. Şahbazov qeyd edib ki, bu aspektdə süni intellekt və rəqəmsal transformasiya Azərbaycan-Türkiyə enerji forumunun yeni prioritet istiqamətinə çevrilməlidir: "Bu gün həyata keçirdiyimiz və gələcəyə yönəlmiş enerji layihələrimiz yalnız iki qardaş ölkənin rifahına deyil, bütövlükdə regionda sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyin təmin olunmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir".

Oxşar xəbərlər

Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Azərbaycanda Energetiklər Günü qeyd olunur
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - ƏLAVƏ OLUNUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər