Şri-Lankada üç avtobusun iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı 70-ə çatıb - Yenilənib
Far.Az xəbər saytı

Şri-Lankada üç avtobusun iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı 70-ə çatıb - Yenilənib


Şri-Lankada üç avtobusun toqquşması nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkə polisi yerli mediaya bildirib.

Yenilənmiş məlumatlara görə, yol qəzası nəticəsində xəsarət alanların sayı 70-ə çatıb.

Xəsarət alanlar Anuradhapura və Medavaççidə xəstəxanaya yerləşdiriliblər.

Polis qəzanın təfərrüatlarını araşdırır.

Şri-Lankada üç avtobusun toqquşması nəticəsində ən azı 2 nəfər ölüb.

"Report" yerli mediaya istinadən xəbər verir ki, daha 50-yə yaxın şəxs yaralanıb.

Məlumata görə, Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus iki avtobus toqquşub, bundan sonra isə digər avtobus onlardan birinə çırpılıb.

Mihintale polisi hadisənin başvermə şəraitini araşdırır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər