"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
Far.Az xəbər saytı

"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb


ABŞ və İran 6-9 milyard dollar həcmində İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını, uranın zənginləşdirilməsi səviyyəsinin məhdudlaşdırılmasını və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin ölkəyə qayıtmasını nəzərdə tutan ilkin razılaşmaya doğru irəliləyir.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Vaşinqton və Tehran arasında ciddi danışıqlar prosesinin bərpasına Qətər və Pakistanın birgə təşəbbüsü şərait yaradıb.

Mənbələrin bildirdiyinə görə, mümkün razılaşma çərçivəsində ABŞ İranın uranı 3,67 faizədək zənginləşdirməsinə razılıq verib. Tehran da bu şərti qəbul edib. Bununla yanaşı, Vaşinqton uranın zənginləşdirilməsi səviyyəsinin hazırkı 60 faizdən aşağı salınmasını tələb edir. Bu məqsədlə tərəflər üçüncü ölkənin prosesə cəlb olunmasını müzakirə edirlər.

Danışıqlarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İrana qayıtması məsələsi də nəzərdə tutulur. Lakin onların gələcək səlahiyyətlərinin həcmi hələ müəyyənləşdirilməyib.

Təklif olunan razılaşmanın şərtlərinə əsasən, Hörmüz boğazı açılmalı, İrana qarşı dəniz blokadası isə dərhal aradan qaldırılmalıdır.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər