Pərviz Şahbazov: "Yeni layihələr Azərbaycan qazının yeni Avropa bazarlarına nəqlini genişləndirəcək"
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı bugünkü regional geosiyasi şərait və qlobal çağırışlar fonunda daha da möhkəmlənərək enerji sahəsindəki əməkdaşlığa yeni strateji mahiyyət qatıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda açıqlayıb.
Nazirin bildirdiyinə görə, hazırkı mərhələ milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji axınlarının daha geniş şaxələndirilməsi, yeni elektrik dövrünün tələblərinə cavab verən elektrik enerjisi əlaqələrinin qurulması, enerji sistemlərinin inteqrasiyası və ortaq türk dünyası baxışı ilə xarakterizə olunur:
"Azərbaycan-Türkiyə Enerji Forumu da bu dövrdə müntəzəm görüşləri və işçi qruplarının fəaliyyəti vasitəsilə bu strateji gündəliyin reallaşdırılmasına töhfə verərək karbohidrogenlər, bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin tənzimlənməsi və mədənçilik sahələrində əməkdaşlığımızın dərinləşməsinə fasiləsiz dəstək göstərir. Bu müddət ərzində ortaq səylərimiz enerji tərəfdaşlığımızı əhəmiyyətli nailiyyətlərlə zənginləşdirib".
P.Şahbazov vurğulayıb ki, hər iki ölkənin güclü siyasi iradəsinin nəticəsi olan İğdır-Naxçıvan qaz kəmərinin işə salınması, "Türkiyə Petrolları Anonim Ortaqlığı" milli neft şirkətinin (TPAO) "Şəfəq-Asiman" layihəsinə qatılması, "Abşeron" yatağının tam həcmli istismarı çərçivəsində hasil ediləcək qazın müəyyən hissəsinin Türkiyəyə ixracı barədə razılıq, eləcə də Azərbaycan qazının Türkiyə vasitəsilə Cənub Qaz Dəhlizinin əhatə dairəsindən kənardakı yeni Avropa bazarlarına və Suriyaya çatdırılması enerji tərəfdaşlığının genişlənən miqyasını və coğrafi əhatəsini aydın şəkildə ortaya qoyur.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













