“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Far.Az xəbər saytı

“Mançester Siti” son 18 ilin antirekordunu qırıb


İngiltərənin “Mançester Siti” klubu İngiltərə Premier Liqasının XI turunda “Brayton”a məğlub olub və bu, “şəhərlilər”in bütün turnirlərdə dalbadal dördüncü uğursuz nəticəsi olub.

“Far.Az” xəbər verir ki, daha əvvəl Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasında Portuqaliyanın “Sportinq” (1:4), İngiltərə çempionatında “Bornmut” (1:2) və İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2) yenilmişdilər.

“Opta Sports”un məlumatına görə, “Mançester Siti” ilə belə hadisə 2006-cı ildən bəri baş verməyib.

Bundan başqa, Qvardiola məşqçilik karyerasında ilk dəfə dalbadal dörd matçda məğlub olub.

“Mançester Siti” 2024/2025 mövsümü İngiltərə Premier Liqasının turnir cədvəlində 11 matçdan sonra 23 xalla ikinci yerdədir. Premyer Liqanın vahid lideri isə 28 xalla “Liverpul”dur.

Oxşar xəbərlər

“Mançester Siti” ardıcıl dördüncü dəfə məğlub olub
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
İngiltərə Premyer Liqası: “Arsenal” gözlənilmədən “Bornmut”a məğlub olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər