Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir
Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəsər və Xudavəng monastırlarından video paylaşıb.
"Report"un məlumatına görə, "X" sosial media hesabında paylaşılan videoda o qeyd edib ki, Gəncəsər monastırı XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.
"İşğal illərində bu tarixi abidələr "bərpa" adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir".
H.Hacıyev Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirərək qeyd edib ki, Azərbaycan bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırdır.
Prezidentin köməkçisi bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə dəvət edib.
Together with the diplomatic corps, we visited the Ganjasar and Khudavang churches — an integral part of the ancient Albanian Christian heritage.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026
Ganjasar was established in the 13th century by Hasan-Jalal Dawla, the Caucasian Albanian ruler, and stands as an important testament… pic.twitter.com/7zImxKeaaO
Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin Həsən Cəlal Dövlənin nəslindən olan şəxsiyyətin - Həsən Cəlal Allahverdibəyin məzarüstü abidəsindən də foto paylaşıb:
"XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Albaniya hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin şərəfli adını nəsildən-nəslə ötürərək daşımağa davam ediblər.
Bu abidə əsrlər boyu davam edən tarixi varisliyin və əcdadların yaddaşının maddi sübutudur".
The grave monument of Hasan Jalal Allahverdibekov, a descendant of Hasan Jalal Dawla.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026
Until the beginning of the 20th century, members of this lineage continued to bear the name of their illustrious ancestor — Hasan Jalal Dawla, the Albanian ruler and founder of the Gandzasar… pic.twitter.com/Wcfus2xAA6
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb













