Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir"
Bakıda ilk dəfə keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin final matçının favoriti Azərbaycanın "Elit polo club" komandasıdır.
Bunu "Far.Az"a açıqlamasında İsveçrənin "Sankt Moritz" klubunun üzvü Daniel Savari deyib.
O, turnirin təşkilatçılığı ilə bağlı da fikirlərini bölüşüb:
"Turnir yüksək səviyyədə təşkil olunub. Burada beynəlxalq klublarla yanaşı, Azərbaycanın da çox güclü kollektivi mübarizə aparır. Biz bura ilk dəfə gəlmişik. Yarışın qum üzərində keçirilməsi fərqli hissdir, çünki adətən ot örtüyündə oynayırıq. Çox maraqlı turnirdir, indiyədək zövqlü matçlar izlədik. Sabah komandamız finalda Azərbaycan komandası ilə qarşılaşacaq. Görək necə olur, şansı gətirən tərəf qalib gələcək".
İdmançı "Elit polo club"un səviyyəsini dəyərləndirib:
"Şübhəsiz ki, Azərbaycan komandası favoritdir. Çünki onların heyətində çox güclü, yüksək səviyyəli oyunçular var. Qələbə qazansaq, bunu böyük xoşbəxtlik hesab edəcəyik. İstənilən halda sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, Azərbaycan təmsilçisi bu gün yarımfinalda Böyük Britaniyanın "Red Star" komandasını 9:7 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.
Komanda sabah finalda İsveçrə təmsilçisi "Sankt Mortiz"lə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
MKİ 11 sentyabr terror aktının hazırlığı barədə sənədlərin məxfiliyini ləğv edib
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
-
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb













