Moskvada Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş musiqi festivalı keçirilib
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin (VDNX) “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq klassik musiqi festivalı keçirilib.
"Report" Rusiya bürosu xəbər verir ki, tədbir Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi və VDNX-də Azərbaycan pavilyonu tərəfindən təşkil olunub.
Layihənin əsas məqsədi istedadlı gənc ifaçıların üzə çıxarılması və müxtəlif ölkələrin musiqi təşkilatları arasında yaradıcılıq əlaqələrinin qurulmasıdır.
Tədbirdə gənc ifaçılar - beynəlxalq və respublika müsabiqələri laureatları, o cümlədən Qara Qarayev adına məktəbin və Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzunları və tələbələri iştirak ediblər. Festivala İtaliyadan olan gənc musiqiçilər onlayn formatda qoşulublar.
Moskvadakı Q.Qarayev adına Uşaq Musiqi Məktəbinin direktoru Andrey Leonov qeyd edib ki, festival artıq üçüncü dəfədir ki, “Azərbaycan” pavilyonunda keçirilir: “Builki festival Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunub. Səhnə ölkələr arasında dostluq rəmzi olaraq Rusiya və Azərbaycanın bayraqları ilə bəzədilib”.
O bildirib ki, gələn ilin aprel ayında Moskvada Qara Qarayev adına ənənəvi Beynəlxalq Müsabiqə keçiriləcək.
Festivalda 19-20-ci əsr klassiklərinin: Şubert, Qlinka, Debüssi, Skryabin, Raxmaninov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Vaqif Mustafazadə və başqa bəstəkarların əsərləri səsləndirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













