Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur.
"Far.Az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın ardınca jurnalistlərə açıqlamasında deyib.
O, çempion olan Azərbaycan təmsilçisi "Elit polo club"un layiqli qələbə qazandığını söyləyib:
"Bakı dünyanın idman paytaxtıdır. Bu il Bakı bir sıra idman tədbirlərinə ev sahibliyi edib və etməkdədir. Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri bizim növbəti uğurumuzdur. "Sea Breeze" rəhbərliyinə təşkilatçılığa görə təşəkkür edirəm. Qalib gələn Azərbaycan komandasını isə ürəkdən təbrik edirəm. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Ümumiyyətlə Azərbaycan Respublikası Atcılıq Federasiyası çox aktivdir".
Nazir sonda bildirib ki, növbəti ildən paytaxt Bakıda yeni idman tədbirləri baş tutacaq.
Qeyd edək ki, "Elit polo club" finalda İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub
"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













