"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Far.Az xəbər saytı

"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB


Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya, Mərkəz Partiyası və Yaşıllar Partiyasından ibarət müxalifət koalisiyası İsveç parlamentində yerlərin əksəriyyətini əldə edir, bunu "exit-poll" nəticələri göstərir.

"Far.Az" "The Guardian"a istinadən xəbər verir ki, sol siyasi qüvvələrin bu bloku səslərin 51,3%-ni əldə edə bilər, bu da ona parlamentdə 183 yer təmin etməlidir.

Mötədil Koalisiya Partiyası, Liberal Partiya və Xristian Demokratlar partiyasından ibarət hakim koalisiya, eləcə də onu dəstəkləyən İsveç Demokratları partiyası səslərin 47%-ni toplayır ki, bu da onlara parlamentdə 166 yer verməlidir.

Ən çox dəstəyi - səslərin 28,4%-ni ölkənin sabiq baş naziri Maqdalena Anderssonun rəhbərlik etdiyi Sosial-Demokrat Fəhlə Partiyası qazanır.

İsveçdə parlament seçkilərində səsvermə üçün seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 10:00) açılıb.

"Far.Az"un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, ilkin nəticələr səsvermənin başa çatmasından bir saat sonra - saat 21:00-da (Bakı vaxtı ilə 23:00) açıqlanacaq.

Ölkə vətəndaşları hazırkı parlament və hökumətin dördillik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 349 deputatın yer aldığı İsveç parlamentinə (birpalatalı Riksdaq), eləcə də yerli özünüidarəetmə orqanlarına nümayəndələr seçməlidirlər.

Mülayimlər Koalisiya Partiyasının lideri və hazırkı İsveç Baş naziri Ulf Kristersson ikinci müddətə namizədliyini irəli sürüb. Mülayimlər hökumətdəki 17 nazirlikdən, o cümlədən Xarici İşlər və Müdafiə nazirliklərindən əksəriyyətinə rəhbərlik edirlər. Liberallar 11, Xristian Demokratlar isə 6 nazirlik postuna sahibdir.

İsveçdə son sorğular müxalifət partiyalarının blokunun hakim koalisiya blokunu cüzi fərqlə qabaqladığını göstərib. "Demoskop" analitik agentliyinin avqustun 25-dən sentyabrın 1-dək keçirdiyi sorğunun nəticələrinə görə, müxalifət partiyalarına - Sosial-Demokrat İşçi Partiyasına, Sol Partiyaya, Mərkəz Partiyasına və Yaşıllar Partiyasına - seçicilərin 50,6 faizi dəstək ifadə edib. Hakim koalisiyaya - Mülayimlər Koalisiya Partiyasına, Liberal Partiyaya və Xristian Demokratlar Partiyasına - isə respondentlərin 47,3 faizi səs verməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər