Zəhra Əkbərova direktor təyin edildi
Far.Az xəbər saytı

Zəhra Əkbərova direktor təyin edildi


Bakı şəhəri Zəngi liseyinə direktor təyin olunub.

Far.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov müvafiq təyinatla bağlı əmr imzalayıb.

Belə ki, Zəhra Qafil qızı Əkbərova Bakı şəhəri Zəngi liseyinə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, pedaqoji fəaliyyətə 2014-cü ildə başlayan Zəhra Əkbərova bu təyinata qədər Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini çalışıb.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər