Abas Miskərli: "Açıq bankçılıq sığorta əməliyyatlarını asanlaşdıracaq"
Açıq bankçılıq Azərbaycanda sığorta əməliyyatlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Abas Miskərli Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrdə deyib.
"Açıq bankçılıq işləyərsə, biz avtomatik olaraq bütün maliyyə məlumatlarını bir tətbiqdən götürə biləcəyik. Nəticədə bu istiqamətdə tətbiq yaradan şirkətlər üstünlük qazanacaqlar. Doğrudur, başa düşürük ki, sığortaçılar bununla bağlı tətbiqlər yaradanlar arasında olmayacaq. Buna səbəb sığortaya çox nadir hallarda müraciətlə bağlıdır. Belə ki, müştərilər müqaviləni bağlayanda, ya da sığorta hadisəsi olanda müraciət edirlər. Amma gündəlik əməliyyatlar məhz bank vasitəsilə həyata keçirilir" - o qeyd edib.
Onun sözlərinə görə, bu cür tətbiqə veriləcək funksionallıq mühüm rol oynayır: "Açıq bankçılıq olandan sonra müştəri sığorta ilə bağlı sorğu formasını dolduracaq. Nəticədə onun bank rekvizitlərini çıxacaq. Müştəri bununla digər banklarda ödəniş edə biləcək".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
İcbari Sığorta Bürosu Azərbaycan Sığorta Bürosuna çevriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib













