"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
"Falcon 9" raketi bazar günü Avropanın SES S.A. telekommunikasiya operatorunun üç "O3b mPOWER" rabitə peykini orbitə çıxarıb.
"Report" xəbər verir ki, bu barədə daşıyıcını hazırlayan "SpaceX" şirkəti məlumat yayıb.
"Üç O3b mPOWER peykinin orbitə çıxarılması təsdiqlənib", - məlumatda deyilir.
"Boeing Co." korporasiyası tərəfindən yaradılmış "O3b mPOWER" peykləri qlobal miqyasda yüksəksürətli internetə çıxışı təmin etmək və mobil rabitə xidmətləri göstərmək üçün nəzərdə tutulub.
Lüksemburqda qeydiyyatdan keçmiş SES kommersiya sektoruna, hökumət strukturlarına xidmətlər göstərir, həmçinin silahlı qüvvələr üçün yüksək səviyyədə qorunan rabitə kanalları təqdim edir. Bu, dünyada ikinci ən böyük peyk operatorudur.
Buraxılış ABŞ-nin Şərq sahili vaxtı ilə saat 14:49-da Florida ştatındakı Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən həyata keçirilib. Peyklər buraxılışdan təxminən 50 dəqiqə sonra müəyyən edilmiş orbitə çıxıb.
2022-ci ilin dekabrında "SpaceX" raketi "O3b mPOWER" peyklərinin ilk cütlüyünü orbitə çıxarıb. Hazırkı buraxılış da nəzərə alınmaqla, orbitdə artıq bu tip 13 aparat var.
Yeni nəsil bu peyklər artıq mövcud olan "20 O3b" peykindən ibarət qruplaşmanı tamamlayacaq. Ötürücülük qabiliyyəti baxımından yeni aparatlar dünyanın əksər ölkələrində mobil rabitə və simsiz məlumat ötürülməsi siqnalları ilə daha tam əhatə dairəsini təmin etməyə imkan verəcək.
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













