Uruqvayda hərbi təlim zamanı üç hərbçi boğularaq ölüb
Far.Az xəbər saytı

Uruqvayda hərbi təlim zamanı üç hərbçi boğularaq ölüb


Uruqvayda keçirilən hərbi təlimlər zamanı üç hərbçi boğularaq ölüb, daha bir hərbçi isə xilas edilib.

"Far.Az" xəbər verir ki, bu barədə ölkənin Quru Qoşunlarının komandanlığı məlumat yayıb.

Bildirilib ki, hazırda araşdırılan texniki səbəblərdən bir qrup hərbçi naməlum obyektə ilişib. Bu, təcili tədbirlərin görülməsinə və əsas trosun kəsilməsinə səbəb olub.

Nəticədə dörd hərbçi suyun altında qalıb. Onlardan üçü həyatını itirib. Dördüncü hərbçi xilas edilib, ona reanimasiya tədbirləri göstərildikdən sonra yerli xəstəxanaya yerləşdirilib.

Hadisə Fray Bentos şəhəri yaxınlığında baş verib. Təlim çərçivəsində hərbçilər təlimatçıların müşayiəti ilə 2,5 kilometr məsafəni üzməli olublar. Quru Qoşunlarının məlumatına görə, hərbçilərin hamısı bir əsas trosa bərkidilmiş vəziyyətdə olub.

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər