ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, 23 oktyabr 2026-cı il tarixindən etibarən ABŞ hökumətinin kritik əhəmiyyətli vəzifələrin icrasına cəlb olunmayan əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə təhlükəsizlik təhdidləri səbəbindən Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verilib.
Qeyd olunub ki, Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır. Hücumlar mülki hava limanlarını və digər mühüm infrastrukturu da əhatə edir. Nəticədə mülki əhali arasında itkilər baş verir, nəqliyyat əlaqələrində ciddi fasilələr yaranır.
Qurum münaqişənin birbaşa döyüş zonasından kənara sürətlə yayılması ehtimalının olduğunu da vurğulayıb.
Bundan əlavə, ABŞ diplomatlarına krallıq ərazisindəki istənilən hava limanından istifadə etmək üçün missiya rəhbərindən xüsusi icazə almaq tapşırılıb. Bu qərarın hava limanlarına raket və pilotsuz uçuş aparatları ilə son hücumlarla əlaqədar qəbul edildiyi bildirilib.
Dövlət Departamenti ABŞ vətəndaşlarına mümkün hücumlara, hava məkanının bağlanmasına, reyslərin ləğvinə və nəqliyyat əlaqələrində yaranacaq fasilələrə hazır olmağı tövsiyə edib.
Qurum, həmçinin Səudiyyə Ərəbistanında raketdən müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və onların düşdüyü ərazilərin foto və videolarının çəkilməsinin, eləcə də bu barədə məlumatların yayılmasının qadağan edildiyini xatırladıb. Bildirilib ki, bu qaydaları pozan, o cümlədən dövlət binalarını, hava limanlarını və raketlərin düşdüyü yerləri çəkən ABŞ vətəndaşları saxlanılıblar.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Azərbaycan diplomatlarının peşə bayramı qeyd edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













