Enerji xərclərinizi "Unibank"la azaldın
Far.Az xəbər saytı

Enerji xərclərinizi "Unibank"la azaldın


Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələrə illik 5 % dərəcəsi ilə maliyyə dəstəyi ayırır.

Kredit şərtləri

• Kredit məbləği: 1 000 manatdan 10 000 000 manatadək

• İllik faiz dərəcəsi: 5 %

• Kredit müddəti: layihənin həcmindən asılı olaraq 5 ildən 15 ilədək

• Güzəşt müddəti: 6 aydan 24 ayadək

Layihənin Enerji Effektivliyi Fondunun müəyyən etdiyi uyğunluq meyarlarına cavab verməsi əsas şərtlərdən biridir.

Kimlər bu krediti götürə bilər?

• fərdi yaşayış evlərinin mülkiyyətçiləri;

• fiziki və hüquqi şəxslər;

• mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri;

• kommersiya və xidmət obyektləri;

• sənaye və kənd təsərrüfatı subyektləri;

• enerji təchizatçıları.

Hansı layihələr maliyyələşdirilir?

Enerji istehlakının azaldılmasına, enerji itkilərinin minimuma endirilməsinə və resurslardan daha səmərəli istifadəyə xidmət edən layihələr maliyyələşdirməyə təqdim edilə bilər.

Bu layihələrə aşağıdakılar daxildir:

• istilik sistemlərinin modernləşdirilməsi;

• binaların istilik izolyasiyası;

• effektiv HVAC sistemlərinin tətbiqi;

• yüksək effektivli işıqlandırma sistemləri;

• enerji effektiv avadanlıq və cihazlar;

• istilik nasoslarının tətbiqi;

• ağıllı sayğac və enerji idarəetmə sistemləri;

• ağıllı bina idarəetmə sistemləri;

• ISO 50001 standartına uyğun enerji menecment sistemi;

• günəş kollektorları;

• bərpa olunan enerji mənbələri;

• off-grid bərpa olunan enerji sistemləri və s.

"Unibank" bu maliyyələşdirmə imkanı ilə müştərilərin enerji xərclərinin optimallaşdırılmasına, daha qənaətli texnologiyalara keçidinə və ölkədə dayanıqlı həllərin genişlənməsinə dəstək verməyi hədəfləyir.

Xatırladaq ki, "Unibank" KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.

Enerji effektivliyi layihənizi "Unibank"la həyata keçirin.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər