Azərbaycan boksçuları Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Far.Az xəbər saytı

Azərbaycan boksçuları Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər


Sentyabrın 17-də Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, 9 gün davam edəcək reytinq xarakterli yarışda yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək.

Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq.

Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı isə ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Bu günün valyuta məzənnələri
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər