Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır"
Far.Az xəbər saytı

Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır"


Tarix Alban məsələsinə yekun cavab verib. Lakin Azərbaycan elmi və siyasi iradəsi də bunla bağlı yekun qərarı verməkdədir. Çünki erməni qəsbkarlığı sözün əsil mənasında Azərbaycan mədəni irsini işğal edib.

Bu barədə politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunu özünün dövlətçilik parametrlərinin bir hissəsinə çevirib.

"Unutmaq lazım deyil ki, uzun müddət Azərbaycan dövlətçiliyini də təhdid altına almağa çalışıb. Şahid olmuşuq ki, mənfur addımlar atmaqla, saxta tarix yaratmaq nöqteyi-nəzərindən uzun müddət yanlış addımlar atıblar. Azərbaycanın tarixi torpaqlarında, İrəvanda, Qarabağda saxta dövlətçiliklərini əks etdirməyə cəhd ediblər. Son 30 ildə qarşılaşdığımız mənzərədə şahidi olduq ki, Azərbaycanın digər ərazilərinə də sözügedən işğalçı toplum hücuma keçib.

Çox şükür ki, bu işğal ilə bağlı tarixi ədaləti bərpa etmişik. Lakin Alban irsi ilə bağlı, keçmiş mədəni sərvətlərimizin işğalı ilə də bağlı ümumi vəziyyətə razılaşa bilmərik. Ermənilər tərəfindən işğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır", - deyə siyasi şərhçi bildirib.

Ziya SƏCCAD

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər