Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Far.Az xəbər saytı

Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib


Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.

Far.Az report-a istinadən xəbər verir ki, görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn Plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması müzakirə edilib.

Həmçinin Türk Dövlətləri Təşkilatı ilə ortaq hədəflər istiqamətində səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin xarici işlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.

Hakan Fidan Türkiyə Xarici İşlər Nazirliyi olaraq bundan sonra da Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini ifadə edib.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Sahibə Qafarova TÜRKPA-nın yeni baş katibini qəbul edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər