Kubanıçbek Omuralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir"
Far.Az xəbər saytı

Kubanıçbek Omuralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir"


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün loqistika, nəqliyyat və investisiya sahələrinə xüsusi diqqət yetirilir.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev bildirib.

O qeyd edib ki, hazırda TDT məkanında nəqliyyat-loqistika potensialının gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur:

"Ticarətin həcmini artırmaq üçün loqistika, nəqliyyat və investisiyaların cəlb edilməsi vacib şərtlərdəndir. Bu baxımdan Orta Dəhlizin rolu böyükdür. Bu marşrut tarixi İpək Yolunun bərpası deməkdir. Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi və Orta Dəhlizin digər seqmentləri üzrə işlər aparılır. Orta Dəhlizin potensialı çox böyükdür. İnşallah, yaxın zamanda tam gücü ilə fəaliyyət göstərsə, bu marşrutla yükdaşımaların həcmi 15 milyon tona qədər artacaq".

Baş katib həmçinin Türk İnvestisiya Fondunun fəaliyyətə başladığını vurğulayıb: Fondun 600 milyon ABŞ dolları kapitalı xüsusilə kiçik və orta biznesin (KOB) inkişafına, regionda sahibkarlığın dəstəklənməsinə böyük töhfə verəcək".

K.Omuralıyev rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi və tariflərin unifikasiyası məsələlərinə də toxunub: "Təşkilat çərçivəsində Gömrük Birliyi mexanizmləri, Nəqliyyat nazirləri səviyyəsində əməkdaşlıq platformaları fəaliyyət göstərir. Ötən il biz özəl loqistika şirkətlərinin də birliyini təsis etdik. Hazırda özəl sektor və dövlət qurumları sıx əməkdaşlıq edir. Ümid edirəm, yaxın zamanlarda bunun nəticəsini görərik".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər