İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir
Far.Az xəbər saytı

İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir


Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda isteriya davam edir.

Far.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanata görə, baş verənlər bir daha onu göstərir ki, erməni xalqı sülhə hazır deyil:

"Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq, "Real Ermənistan" konsepsiyasını təlqin etmək əvəzinə, özü prosesləri istiqamətləndirir və qəbuledilməz bəyanatlar verir.

Ermənistanın Azərbaycanın suveren ərazilərində qədim Azərbaycan xalqına məxsus mədəni irsə iddia etməsi və bu ölkənin baş nazirinin Gəncəsər məbədinin guya erməni mənşəli olması ilə bağlı açıqlaması qəbuledilməzdir.

Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməli, yalançı tarixin girovu olmaqdan xilas olmalıdır. Əgər Ermənistanı həqiqətən mədəni irsin qorunması qayğılandırırsa, onda Azərbaycan xalqına məxsus məscidlərin, tarixi abidələrin və qəbiristanlıqların dağıdılmasına, eləcə də İrəvandakı Göy məscidin işğal dövründə Şuşadakı Yuxarı Gövhər Ağa məscidi kimi "bərpa edilərək" başqa xalqın adına çıxarılması kimi əməllərə son qoymalıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər