İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.
Far.Az xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan "Meysari Grand Hotel & SPA" barədə məlumat verərək dedi ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.
Bildirildi ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.
Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir.
Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.
Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub.
Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.
Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. Ümumilikdə 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, kompleksin ərazisində daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.
Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları yaradılıb.
Burada ümumilikdə 320 yeni iş yeri açılıb.
Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda yeni hotelin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.
*** 14:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.
Far.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər













