Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin"
Far.Az xəbər saytı

Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin"


Aparıcı Mətanət Əliverdiyeva bəzi rəqs müəllimlərini tənqid edib.

Far.Az "axşam.az"a istinadən xəbər verir ki, o, "Xəzər axşamı" verilişində valideynlərə müraciət edərək, peşəkar olmayan müəllimlərin uşaqların gələcəyinə mənfi təsir göstərdiyini bildirib:

"Əziz valideynlər, indi rəqs qrupları çoxdur. Kor təbii rəqs edən uşaqlarımız da xeylidir. Bunu kənardan hamımız müşahidə edirik. Qrupları açırsınız ki, uşaqlara rəqs öyrədəsiniz, amma əslində uşaqların evini yıxmış olursunuz. Onları peşəkar səviyyəyə qaldıra bilmirsiniz.

O uşaqları məhv etməyin. Bəlkə onların arasından doğrudan da çox peşəkar rəqqaslar çıxacaq. Kənardan baxırsan ki, bədən proporsiyaları fərqlidir. Onlar hara qədər gedirlər? Toya qədər. Toyda nəsə edəcək, qazanacaqsınız, cibinizə qoyacaqsınız. Həqiqətən, gülməlidir".

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Mətanət İsgəndərli əməliyyatdan ƏVVƏL VƏ SONRA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər