Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib
Far.Az xəbər saytı

Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib


Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib.

Bu barədə "Far.Az"a Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) mətbuat xidmətindən bildirilib.

U-15 kateqoriyasında gənc oxatanlar 40 metr məsafədən hədəfi dəqiq vurmaq uğrunda yarışıblar.

Yekun nəticələrə əsasən, oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov isə bürünc medal qazanıb. Qızların mübarizəsində Banu Məmmədova qızıl, Sona Rüstəmli gümüş, Məryəm İbrahimli isə bürünc medala yiyələnib.

Böyüklər arasında təşkil olunan yarışlarda idmançılar 70 metr məsafədən sınaqdan keçiblər.

Kişilərin mübarizəsində Salman Dadaşov qızıl, Hüseyn Məhərrəmov gümüş, Sərdar Vəliyev isə bürünc medal sahibi olub. Qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Şəms Heybətova isə bürünc medal qazanıb.

AKOF və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışın sonunda qaliblər mükafatlandırılıblar. Mükafatları AKOF-un baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin İdman sektorunun baş məsləhətçisi Cəlil Əlizadə təqdim ediblər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan oxatanları Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusda medal qazanıblar
İlham Əliyev Naxçıvanda "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər