IE Universiteti: Azərbaycanı qlobal təşkilat şəbəkəsinə daha güclü bağlamaq istəyirik
İspaniyanın IE Universiteti Azərbaycanı qlobal insan, ideya və təşkilat şəbəkəsinə daha güclü bağlamaq istəyir.
"Far.Az" xəbər verir ki, bunu IE Universitetinin Korporativ Əlaqələr üzrə icraçı sədri Villiam Davila İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında bildirib.
Onun sözlərinə görə, IE dünyadakı şirkətlər, qurumlar və hökumətlərlə geniş əməkdaşlıq edir: "Biz təşkilatlara öz istedadlarını inkişaf etdirməyə, liderliklərini möhkəmləndirməyə, transformasiyanı idarə etməyə və mürəkkəb strateji çətinlikləri həll etməyə kömək edirik. Ümumiyyətlə, biliyi təsirə çevirməyə çalışırıq. Təhsil, tədqiqat və real dünya arasındakı bu əlaqə kimliyimizin fundamental hissəsidir. Qlobal baxışımız coğrafiyamızı da formalaşdırıb. Madrid IE-nin qəlbi olaraq qalır, lakin iddiamız heç vaxt yalnız Madridlə məhdudlaşmayıb. Nyu-Yorkda yeni "IE New York College"imiz, Brüsseldə tədqiqat mərkəzimiz, Ər-Riyadda isə liderlik və innovasiya mərkəzimiz var. Cəmi bir ay sonra isə burada, Azərbaycanda - Bakıda liderlik və innovasiya üzrə yeni mərkəzimizin rəsmi açılışını edəcəyik".
V.Davila qeyd edib ki, universitetin Azərbaycandakı məqsədi sadəcə proqramları Madriddən Bakıya gətirmək deyil: "Biz burada nəsə qurmaq istəyirik. Dinləmək, öyrənmək, bu ölkənin və onun təşkilatlarının prioritetlərini və çətinliklərini anlamaq istəyirik. İstedadları inkişaf etdirmək, bilik yaratmaq, şirkətlər, qurumlar və hökumətlərlə işləmək istəyirik. Həmçinin Azərbaycanı IE-nin qlobal insan, ideya və təşkilat şəbəkəsi ilə daha da güclü şəkildə əlaqələndirmək istəyirik. Məhz buna görə də "IE Senior Executive MBA" akademik proqramın başlanğıcından daha böyük məna daşıyır. Bu, bir münasibətin başlanğıcıdır. IE ilə Azərbaycan, qlobal biliklə yerli bilik, akademiya ilə biznes və hər şeydən əvvəl insanlar arasında münasibətin başlanğıcıdır".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













