NTD strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı basketbolçuların inkişafına yönəldir
Far.Az xəbər saytı

NTD strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı basketbolçuların inkişafına yönəldir


NTD basketbol klubu yeni mövsüm ərəfəsində strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı oyunçuların inkişafına yönəldir.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək. Yeni strategiyanın əsas məqsədi gənc oyunçulara böyüklər arasında daha çox oyun təcrübəsi qazandırmaq və onların peşəkar inkişafı üçün şərait yaratmaqdır.

Gənc basketbolçularla yanaşı, NTD-nin heyətində bir neçə legioner də çıxış edəcək. Məşqçilər korpusunda da təyinat olub, Anar Sarıyev komandaya qoşulub.

NTD-nin baş məşqçisi Tahir Baxşıyev yeni strategiyanın səbəblərindən danışıb:

"Bu mövsüm strategiyamızı dəyişmək və komandanın əsasını Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırmaq qərarına gəldik. U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük və inanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün isə gənc oyunçuların daha çox meydancaya çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir. Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Onlarla yanaşı, heyətdə bir neçə legioner də çıxış edəcək".

T.Baxşıyev qarşıdakı mövsümün onlar üçün asan olmayacağını söyləyib:

"Amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə və daha da artıra bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq. Məşqçilər korpusumuzu da gücləndirmişik. Anar Sarıyev komandamıza qoşulub".

Oxşar xəbərlər

"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər