Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi"
Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə yeni yanaşmalar ortaya qoyulub.
BAKU.WS xəbər verir ki, politoloq Əziz Əlibəyli məsələ ilə bağlı açıqlamasında Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrdə danışıqlar prosesində baş verənləri şərh edib.
Politoloqun sözlərinə görə, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan ölkənin ərazi bütövlüyü məsələsi ilə bağlı müəyyən yanaşmalar ortaya qoyub. Lakin sonrakı mərhələdə Qarabağ məsələsinin həllinə dair heç bir irəliləyiş əldə olunmayıb.
"Halbuki bunun üçün müəyyən imkanlar və əvvəlki dövrdə formalaşmış prinsiplər var idi. Həmin prinsiplər əsasında tərəflər arasında görüşlər keçirilsə, müəyyən nəticələr əldə etmək mümkün idi. Lakin buna imkan verilmədi.
Eyni zamanda, bizə bildirilirdi ki, prosesdə üçüncü tərəf də iştirak etməlidir. Bu üçüncü tərəf kimi Qarabağ erməniləri nəzərdə tutulurdu. Daha sonra prosesin başqa mərhələsində Qarabağ ermənilərinin Ermənistanın mövqeyini dəstəkləməsi məsələsi ortaya çıxdı.
Dördüncü mərhələdə isə Ermənistan tərəfindən səsləndirilən, o cümlədən Davit Tonoyanın ifadə etdiyi "yeni ərazilər" yanaşması, yəni Azərbaycanın digər ərazilərinə də iddiaların irəli sürülməsi prosesi dalana dirədi və danışıqlar dayandı", - deyə Əziz Əlibəyli bildirib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













