Xankəndi stadionunda tarixə düşən ilk çempionat qolu vuruldu
Far.Az xəbər saytı

Xankəndi stadionunda tarixə düşən ilk çempionat qolu vuruldu


Xankəndi şəhər stadionunda əsaslı yenidənqurmadan sonra keçirilən ilk rəsmi matçda çempionatın ilk qolu vurulub.

BAKU.WS xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində baş tutan "Xankəndi" – "Karvan-Yevlax" oyununda hesab 67-ci dəqiqədə açılıb.

Qonaq komandanın futbolçusu İbrahim Əliyev rəqib qapısına yol taparaq "Karvan-Yevlax"ı hesabda önə keçirib.

Qeyd edək ki, bu qarşılaşma əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol matçıdır.

***

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol oyunu keçirilir.

BAKU.WS xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" doğma meydanda "Karvan-Yevlax"ı qəbul edir.

Qarşılaşmadan əvvəl rəmzi ilk topa toxunuş mərasimi təşkil olunub. Bu şərəf 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahimə həvalə edilib. O, meydana xüsusi dəvət olunmuş veteran futbolçular Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti ilə çıxıb.

Xatırladaq ki, Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra noyabrın 7-də istifadəyə verilib.

***09:38

Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycan I Liqasının VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları qarşılaşacaq.

Saat 16:00-da başlayacaq oyun əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk rəsmi futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı da təşkil ediləcək.

Oyunu baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Turnir cədvəlində "Karvan-Yevlax" 13 xalla dördüncü, "Xankəndi" isə 6 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər