BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araşdırılacaq
Far.Az xəbər saytı

BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araşdırılacaq


Azərbaycanda kredit faizlərinin gec dəyişməsinin səbəbləri araşdırılacaq.

"Far.Az" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) analitiki Nərmin Bayramlı bildirib.

"Kredit faizləri depozit faizlərində baş verən dəyişikliklərə gec reaksiya verir. Bu məsələdə fiziki və institusional şəxslərin baxışı daha çox rol oynayır. Növbəti rübdə bu məsələyə daha dərindən baxacağıq. Kapital bazarının kredit faizlərinə təsirini araşdıracağıq", - deyə o qeyd edib.

Bundan başqa, Birjanın rəsmisi deyib ki, repo əməliyyatlarında əsasən dövlət qiymətli kağızlarından istifadə olunur: "Bu, beynəlxalq təcrübədə də belədir. Repo əməliyyatlarında daha çox risksiz qiymətli kağızlara üstünlük verilir. Bizdə əvvəlki dövrlərdə korporativ sektorun üstünlük qazanmasının səbəbi bir emitentin qiymətli kağızlarından çox istifadə olunması idi. Artıq həmin emitent bazardan çıxdığı və repo əməliyyatlarına müraciət etmədiyi üçün korporativ qiymətli kağızlar üzrə daha aşağı səviyyələr müşahidə etdik. Amma baxsanız, dövlət qiymətli kağızlarının məbləği yenə də 14-15 milyard manatdır. Repo əməliyyatlarının əsas məqsədi qısamüddətli likvidliyi təmin etməkdir. Yəni repo əməliyyatlarına əsasən bir həftəyə qədər müddət üçün müraciət olunur. Biz də beynəlxalq standartlara uyğunlaşmaq məqsədilə repo əməliyyatlarının tariflərini dəyişdirdik. Artıq tariflər müddətdən asılı olaraq fərqləndirilir".

"Bazar doğrudan da bu dəyişikliklərə uyğunlaşa bilir. Ümumi məbləğdə çox böyük fərq müşahidə etmirik, amma müddətlər üzrə bölgüdə bu fərqi görə bilirik. Bizim təsir göstərdiyimiz hissə sırf 7 günə qədər olan əməliyyatlar idi. Yeddi gündən uzun müddətli əməliyyatlarda isə azalma başladı. Bu da beynəlxalq standarta uyğun yanaşmadır. Repo əməliyyatları əsasən qısamüddətli olmalıdır. Ümumilikdə, bazarda əməliyyatların sayı artmağa başlayıb. Məbləğdə isə çox böyük dəyişiklik hiss olunmur. Dəyişiklik əsasən əməliyyatların müddətləri üzrə bölgüdə özünü göstərir", - deyə N.Bayramlı əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər