Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olunub
Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub.
Bu barədə "Report"a AGF-dən məlumat verilib.
Sentyabrın 19-20-də həyata keçirilən proqram çərçivəsində məşqçilər üçün həm istirahət, həm də peşəkar fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən tədbirlər keçirilib.
Proqramın ilk günündə iştirakçılar AGF-nin strategiyası və strukturu ilə bağlı baş katib Pərvin Piriyevin təqdimatı ilə tanış olublar. Ardınca Azərbaycan çempionatı üzrə analitik məlumatlar diqqətə çatdırılıb.
Fiziki hazırlıq mövzusunda Azərbaycan İdman Akademiyasında PhD təhsili alan, eyni zamanda Football Science Institute-də magistr təhsilini davam etdirən, Almaniyanın Maynts şəhərində futbol üzrə ümumi fiziki hazırlıq, məşqçilik və idman elmi istiqamətində kursda iştirak etmiş, ABŞ-nin Delaware Universitetində "International Coaching Enrichment Certificate Program" proqramını tamamlamış Hakim İbrahimov tərəfindən təlim keçirilib.
Daha sonra ANDOP Akademiyasında Nutrisiologiya və Dietologiya, Kıbrıs Universitetində Funksional Tibb Dietoloqu, İstanbul Universitetində Qidalanmanın İdarə Olunması, NutriHome Akademiyasında Global Cert və İATELS təsdiqli İdman Qidalanması, üzrə sertifikat proqramından keçmiş dietoloq Məhəmməd Abdullayev idmançıların düzgün qidalanmasıyla bağlı təqdimatla çıxış edib.
Növbəti gün əvvəlcə bir neçə gün öncə dünyasını dəyişmiş qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarovun məzarı ziyarət edilib. AGF-nin data bazasının yaradılması, UWW-nin göstəriciləri əsasında rəqib güləşçilərin təhlili və video-analizi mövzusunda Strategiya və Performans şöbəsinin əməkdaşı Murad Cabbarovun təqdimatı baş tutub.
Daha sonra məşqçilər komandalara bölünərək müzakirələr aparıblar. Yunan-Roma güləşi üzrə U-17 milli komandanın böyük məşqçisi Rafiq Hüseynov yığmaya seçim qaydalarından, Məhəmməd Abdullayev isə idmanda düzgün çəkisalma prosesinin təşkilindən danışıblar. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının keçirilmə tarixi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iki günlük proqramda kollektivdaxili ünsiyyətin və fikir mübadiləsinin inkişafına yönəlmiş komandaqurucu oyunlar da yer verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub













