Anna Yusupova: "Dünya çempionatında iştirak etmək mənə qiymətli təcrübə qazandırdı"
Far.Az xəbər saytı

Anna Yusupova: "Dünya çempionatında iştirak etmək mənə qiymətli təcrübə qazandırdı"


Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak Azərbaycan atletika millisinin üzvü Anna Yusupova üçün dəyərli təcrübə olub.

İdmançı bunu "Report"a açıqlamasında deyib.

"Nəticəm ən yaxşı göstəricilərimdən biri olmasa da, bu yarış mənim üçün çox dəyərli təcrübə oldu. Çempionatın keçirildiyi tras çox yaxşı və sürətli idi, hava şəraiti də qaçış üçün ideal sayılırdı. Sadəcə, müəyyən hissələrdə külək bir qədər mane olurdu", - A.Yusupova vurğulayıb.

Milli üzvü hazırlıq səviyyəsi və turnirdəki dünya rekordu barədə də danışıb:

"Yarış mövsümünə yeni başlamışam və hələ tam olaraq pik formama çatmamışam. Buna baxmayaraq, dünya çempionatında iştirak etmək mənim üçün böyük uğurdur və bu səviyyədə yarışmaq mənə çox qiymətli təcrübə qazandırdı. Üstəlik, bu çempionatda qadınlar arasında yarımmarafonda dünya rekordu qeydə alındı. Belə bir tarixi anın canlı şahidi və həmin yarışın bir parçası olmaq mənim üçün çox xoş və qürurverici idi".

Qeyd edək ki, yarımmarafonda A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər