Ombudsman Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndələri ilə əməkdaşlığı müzakirə edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının dəvəti əsasında Azərbaycanda səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.
Bu barədə "Far.Az"a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeyde Aksay rəhbərlik edib.
S. Əliyeva hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi istiqamətində Cəmiyyətin fəaliyyətinin əhəmiyyətini qeyd edib.
O, qadın və uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Qadınların hüquqlarının səmərəli təmin edilməsi, hüquqi maarifləndirilməsi, bərabər imkanlarının genişləndirilməsi və qərar qəbuletmə proseslərində fəal iştirakının təşviq edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Qonaqlara Azərbaycanın hüquq sistemi, Ombudsman təsisatının fəaliyyəti, insan hüquq və azadlıqlarının müdafiəsi, bərabərlik prinsipinin təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib.
Həmçinin Azərbaycanda qadın hüquqşünasların müxtəlif dövlət qurumlarında, məhkəmə sistemində, vəkillik və digər hüquq sahələrində geniş təmsil olunduğu, onların hüquq və ədalətin təmin edilməsində, eləcə də ictimai həyatda fəal rol oynadığı qeyd edilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin insan hüquqlarının müdafiəsi və hüquq sahəsində əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı vurğulanıb.
Bu çərçivədə iki ölkənin hüquq sistemləri arasında təcrübə və fikir mübadiləsinin genişləndirilməsinin, qadın hüquqşünasların əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Z. Aksay rəhbərlik etdiyi Cəmiyyətin 1968-ci ildən etibarən fəaliyyəti, qadın hüquqşünasların peşəkar inkişafının dəstəklənməsi, onların hüquq sahəsində fəal iştirakının təşviqi, bilik və bacarıqlarının artırılması, eləcə də qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Görüş zamanı qadın hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, hüquqşünas qadınların hüquq müdafiəsi fəaliyyətində rolunun artırılması, qarşılıqlı təcrübə mübadiləsi, birgə maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi və gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur













