İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib
Far.Az xəbər saytı

İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib


İran ABŞ ilə münaqişə zamanı Avropa İttifaqından (Aİ) konstruktiv yanaşma tələb edib.

"Far.Az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşdə bildirib.

"Ölkəmizin xarici işlər naziri beynəlxalq proseslərdə Avropa İttifaqının konstruktiv rol oynamasının və ikili standartlara əsaslanan yanaşmalardan çəkinməsinin vacibliyini vurğulayıb", - Əraqçinin "Telegram" kanalında vurğulanıb.

Əraqçi həmçinin İranın region səviyyəsində sülh və təhlükəsizliyin əldə olunması üçün diplomatiyaya əməli sadiqliyinə işarə edərək, Amerikanın dəfələrlə öhdəlikləri pozmasının diplomatik prosesləri əngəlləyən yeganə amil olduğunu qabardıb: "Təəssüf ki, Aİ bir çox hallarda iddia etdiyi prinsiplərə əməl etmək əvəzinə, Amerika qarşısında güzəştə getmək yolunu seçib, bu isə heç bir halda beynəlxalq sülh və təhlükəsizliyə xidmət etməyəcək".

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər