Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq edilib
Far.Az xəbər saytı

Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq edilib


Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus ümumi dəyəri 5000 manata yaxın olan məişət əşyaları oğurlanıb. Polisun keçirdiyi tədbirlərlə əməli törədən 29 yaşlı N.Xəlilov müəyyən edilərək saxlanılıb.

Abşeron rayonu ərazisində isə tikiş sexlərindən birindən ümumi dəyəri 15 000 manat olan 50 000 ədəd kisə oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluq edən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Çörək məhsullarının hazırlandığı un məmulatları sexindən FOTOREPORTAJ
İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq olub
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər