Şəkidə qiymətli ağaclar kütləvi kəsilirmiş
Far.Az xəbər saytı

Şəkidə qiymətli ağaclar kütləvi kəsilirmiş


DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.

DİN-dən Far.Az-ə verilən məlumata görə, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər. Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb.

Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib. Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər. Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
DİN və ETSN birgə əməliyyat keçirib, 150 illik ağacları kəsənlər tutulub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir?
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər