Ərdoğan qətərli həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
"Far.Az" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Qətər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə və Qətər arasında investisiya, ticarət, enerji və müdafiə sənayesi başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Türkiyə lideri regionda enerji təchizatına mənfi təsir göstərən proseslərin bütün tərəflər üçün çətinliklər yaratdığını qeyd edib. O, enerji və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ərdoğan İsrailin Qəzzada sülh istiqamətində addımlar atmaqdan imtina etdiyini bildirib və regionda İsrailin hərbi fəaliyyətinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin təzyiq göstərməsinin əhəmiyyətini qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













