AQTA: COP29 başlayandan qida ilə əlaqəli narahatlıq qeydə alınmayıb
Far.Az xəbər saytı

AQTA: COP29 başlayandan qida ilə əlaqəli narahatlıq qeydə alınmayıb


COP29 tədbiri başlayandan qida ilə əlaqəli hər hansı narahatlıq qeydə alınmayıb.

Bunu COP29 çərçivəsində "Far.Az"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, tədbirin keçirildiyi ərazidəki qida obyektlərinə gətirilən bütün qidalar Agentliyin müvafiq əməkdaşları tərəfindən yoxlanılır: "Qidaların hazırlandığı kənar mətbəxlərdə də Agentliyin əməkdaşlarının daimi nəzarəti təmin olunur".

AQTA rəsmisi qeyd edib ki, hazırda "mavi" və "yaşıl" zonada ümumilikdə 130-dan çox əməkdaş 56 obyektdə qida məhsullarının hazırlanmasına, emalına və digər məsələlərə nəzarət edir:

"Texniki işçilərə verilən qidalar da müvafiq laborator ekspertizadan keçirildikdən sonra istehlaka buraxılır. Agentlik hələ tədbir başlamamışdan aylar əvvəl bu ərazidə yerləşəcək qida təchizatçılarının hamısının siyahısını əldə edib, onların istehsal sahələrində, mətbəxlərində monitorinqlər keçirilib. Bu ərazidə yerləşən qida obyektlərinin hamısının layihələri əvvəldən bizə təqdim olunmuşdu və müvafiq rəy, tövsiyələr verilmişdi", - Aparat rəhbəri əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
BMT rəsmisi: COP29-un Azərbaycanda təhlükəsiz şəraitdə keçiriləcəyinə tam əminəm - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər