Azərbaycanda geoloji kəşfiyyat aparılan ərazilər 15 000 km²-ə çatdırılacaq
Azərbaycanda "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı"nın və "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın nəticələri nəzərə alınmaqla, geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 000 km²-ə çatdırılması nəzərdə tutulur.
"Far.Az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi, mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi və sənaye üçün etibarlı xammal bazasının formalaşdırılması, geoloji kəşfiyyat və mineral resursların qiymətləndirilməsi üzrə beynəlxalq
hesabatlılıq standartlarının tətbiqi, Filizçay polimetal yatağı və Söyüdlü (Zod) qızıl yatağı daxil olmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, habelə ölkənin digər regionlarında yerləşən perspektivli yataqların istismara hazırlanması və filiz emalı
imkanlarının genişləndirilməsi, metal filizlərinin hasilatı və emalı üzrə layihələrə yerli və xarici investisiyaların cəlb edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycanda daha bir Dövlət Proqramının icrası yekunlaşır - MÜSAHİBƏ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













