"Həkimlər sümüyümü sındırdılar, onların səhlənkarlığının qurbanı oldum"
"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da. Sınıq ağrısı necə ola bilər? Barmaqlarımdan ayaqlarıma qədər ağrıyıram".
BAKU.WS xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Hicran Nəsirova deyib.
O daha sonra əlavə edib:
"Türkiyədə iki həkim sınığı gördü və ilk sualı bu oldu ki, yıxılmısan?! Dedim ki, yox. Soruşdular ki, bəs bu sınıq hardandır?! Dedim ki, analiz götürəndə sındırıblar. Həkimlərin gözü kəlləsinə çıxdı ki, belə analiz götürərlər?! Çəkici elə vurublar ki, sümük sınıb. Onsuz da sümüyüm ovulub gedir. Bir tərəfdən də həmin yerdə onkologiya var, o da sümüyü məhv edir. Mənə ayda 1 dəfə sümük iynəsi vurulur. O özü 800 eurodur. İndi görün də. Deməsinlər ki, təqaüd alır, pensiya alır. Vallah hamısı dərmana, iynəyə gedir".
Hicran Nəsirova bildirib ki, bütün günü evdə olur və sənət üçün darıxır:
"Xalq artisti Səidə Quliyeva vaxtaşırı mənimlə əlaqə saxlayır. Digərləri də yadlarına düşəndə zəng edirlər. Heç kimi qınamıram da. Hər kəsin işi-gücü var, məşq edirlər, ailələri ilə məşğul olurlar. İndi heç sənət də yada düşmür. Heç nə gözümdə deyil. Əvvəl heyfislənirdim ki, yaş gedir, mən çatdırmadım, bu rolu mənə vermədilər. İndi canımla əlləşirəm. Hamıya can sağlığı arzulayıram. Aktyorluq elə bir sənətdir ki, orada mütləq sağlamlıq lazımdır. Hazırda nəvələrimlə günümü keçirirəm. Oturub-dura bilmirəm. Balaca nəvəmin 4 yaşı var. Deyir ki, "nənə, gəl sənə kömək edim, otur-dur". Onlardan bir az stimul alıram".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb













