Xəzər dənizində suyun səviyyəsinin enməsinin yaratdığı risklər müzakirə edilib
Xəzər dənizinin səviyyəsinin enməsi bütün region üçün ekoloji, iqtisadi və sosial çağırışdır.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) fəaliyyət göstərən keçirilən "Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbirdə bildirib.
Azərbaycan pavilyonunda təşkil edilən müzakirələrdə bildirilib ki, təkcə 2025-ci ildə Xəzərdə su səviyyəsi 14 santimetr azalıb, Azərbaycan sektorunda 30 min hektar ərazi üzə çıxıb. Həmçinin temperatur və yağıntı göstəricilərində də əhəmiyyətli dəyişikliklər olduğunu ifadə edən COP29-un prezidentinin sözlərinə görə, keçən il müşahidə olunan ərazidə illik yağıntı miqdarı 198,3 millimetrə çataraq son on ilin ən yüksək göstəricisi olsa da, dəniz səviyyəsi enməyə davam edib:
"Bu dəyişikliklər infrastruktur və iqtisadi fəaliyyət üçün yeni çətinliklər yaradır. Limanlar və gəmiçilik artan xərclərlə üzləşir, balıqçılıq, balıq miqrasiyası yolları və biomüxtəliflik isə artan təhlükələrlə üzləşir. Bu, bütün regionumuz üçün ekoloji, iqtisadi və sosial bir çağırışdır", - deyən M. Babayev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən ilk Xəzər Ekoloji Sammitini də xatırladıb
Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən sammitdə dəniz səviyyəsinin sürətlə enməsinin fəlakətli nəticələr verə biləcəyi barədə xəbərdarlıq etdiyini vurğulayan M.Babayev Xəzər dənizinə beynəlxalq diqqətin artmasının vacibliyini qeyd edib: "Biz bu çağırışı BMT proseslərində, beynəlxalq iqlim və ətraf mühit forumlarında, həmçinin inkişaf və elmi qurumlarla əməkdaşlıqda daha qabarıq şəkildə gündəmə gətirməliyik. Beş sahilyanı dövləti birlikdə hərəkət etməyə, qərarları həyata keçirməyə və zərərin geridönməz hala gəlməsindən əvvəl konkret irəliləyiş nümayiş etdirməyə çağırıram".
Tədbir iştirakçıları Xəzəryanı dövlətlərin su səviyyəsinin enməsinə qarşı birgə elmi tədqiqatları və məlumat mübadiləsi təşəbbüslərini gücləndirdiyini qeyd ediblər.
Qeyd edək ki, tədbirdə Xəzər dənizini əhatə edən 5 dövlət - Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın rəsmiləri ilə yanaşı, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen də iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır













