Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
Far.Az xəbər saytı

Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, Tramp İrana qarşı yanlış addımlar atdığını anlayıb və onun kimi, İsrailin Baş naziri Benyamin Netanyahu da sağ qurtula bilməyəcək.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, Rezai ABŞ-nin İranla bacara bilmədiyini qabardıb.

"Biz sübut etdik ki, Amerika İranla bacara bilmədi və gələcəkdə 2 rəqib gücü ilə müharibədə də ciddi problemlərlə üzləşəcək", - iranlı general vurğulayıb.

Onun sözlərinə görə, İranın raketi Corc Vaşinqton təyyarədaşıyan gəmisinin üzərində partlayıb: "Amerika sualtı qayığına tərs mühəndislik tətbiq edirik.

Bu sualtı qayıq okeanda 6 min metrə qədər kəşfiyyat aparır və fövqəladə dərəcədə dəyərlidir. Bəlkə də gələcəkdə bəzi ölkələr bizə deyəcək ki, onun texnologiyasını bölüşün və bunun müqabilində bir neçə milyard dollar pul verərik".

Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ilə danışıqlara da münasibət bildirib. "Biz artıq keçmiş diplomatiyaya, İslamabad vəziyyətinə və ondan əvvəlki dövrə qayıtmırıq; amerikalılar əvvəlcə İranın 7 şərtini yerinə yetirməlidirlər, əks halda nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar başlayacaq", - Rezai qeyd edib.

O xatırladıb ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 7 şərtini ABŞ rəsmilərinə təqdim edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər