Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb
Far.Az xəbər saytı

Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb


2023-cü ilin yayında Ermənistan Qərblə birləşərək Qarabağda guya aclığın və humanitar fəlakətin yaşanması ilə bağlı saxta kampaniya aparıb.

Bütün bunlar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımadığını bir daha nümayiş etdirirdi. Ermənistan hətta Vətən müharibəsindən sonrakı üç il ərzində danışıqlar prosesində səmimi olmayıb, "Qarabağ əhalisinin hüquq və azadlıqları" kimi məsələləri gündəmə gətirib, Azərbaycanın daxili məsələsini ikitərəfli sənədə daxil etməyə, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına mane olmağa çalışıb.

Bu barədə rəsmi Bakı dəfələrlə İrəvana iradını bildirib. Hətta beynəlxalq siyasi arenada da Ermənistan hakimiyyətinə bununla bağlı dəfələrlə tənqidlər səsləndirilib.

Yerli siyasətçilər də məsələdə Ermənistanın səhvləri ilə bağlı müxtəlif şərhlər veriblər. Politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, Ermənistan üç məsələdə çox ciddi səhvə yol verib.

Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb

"İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra imzaladıqları kapitulyasiya sənədindən qaçmağa başladılar. Razılaşmaları baltaladılar. İkincisi, götürdükləri öhdəliklərə əməl etmək istəmədilər.

O cümlədən Qarabağ əhalisinin, erməni əhalisinin taleyi ilə bağlı məsələnin həllində beynəlxalq mexanizm qurmaqla təxribata əl atdılar", - deyə siyasətçi vurğulayıb.

Əziz Əlibəyli deyib ki, Ermənistan hakimiyyəti uzun müddət təxribatçı əməllərindən əl çəkməyib:

"Uzun müddət bunun əhatəsini genişləndirməyə çalışdılar. Nəticədə vəziyyəti o yerə çatdırdılar ki, Azərbaycan öz ərazisində suverenliyini bərpa etmək üçün antiterror əməliyyatı keçirməyə məcbur qaldı".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər